Partiya xəbərləri
YAP Qaradağ rayon təşkilatı Şurasının yığıncağı keçirildi
Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı Şurasının yığıncağı keçirilib.
YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov 2014-cü ildə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təşkilatın qarşısında duran vəzifələr barədə məlumat verib, bəzi vacib məqamlara toxunub.
Tədbirdə qeyd olunub ki, YAP Qaradağ rayon təşkilatının 11148 nəfər üzvündən 2227 nəfərini gənclər təşkil edir. Təşkilat gəncləri Qaradağ rayonunun ictimai-siyasi həyatında aktiv iştirak edirlər. Bu da Qaradağ Rayon İcra Hakimiyyətinin, YAP Qaradağ rayon təşkilatının və Qaradağ rayon Gənclər və İdman İdarəsinin birgə fəaliyyətinin nəticəsidir.
Yeni Azərbaycan Partiyasının gənclərlə bağlı ən uğurlu layihələrindən olan yay və qış liderlik məktəblərində şəhər və regionların fəal gənclərinin 800-dək nümayəndəsi iştirak edib. Bu layihələrdə Qaradağ rayonundan 28 gənc iştirak edib. Qaradağ gəncləri aktiv iştiraklarına görə fəxri fərmanlar, diplomlar və təşəkkürnamələrlə təltif olunublar.
Qeyd edilib ki, “Yay məktəbi” lahiyəsinin 4-cü qrup Lerik turunun qrup rəhbərliyi YAP Qaradağ rayon təşkilatına həvalə edilib. Qrup rəhbəri YAP Siyasi Şuranın üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov olub.